RU

NATO baş katibinin müharibəyə hazırlıqla bağlı dedikləri dəlilikdir - Almaniyalı deputat

Almaniya Bundestaqının deputatı Sevim Dağdelen NATO-nun baş katibi Mark Ruttenin “müharibəyə hazırlaşmalıyıq” bəyanatını dəlilik adlandırıb.

Redaktor.az xəbər verir ki, o, bu barədə özünün "X" hesabında yazıb.

"NATO-nun baş katibi Rutte "biz müharibəyə hazırlaşmalıyıq" deyib. Hər şey onu göstərir ki, Rutte böyük müharibə istəyir", - deyən Dağdelen bunu dəlilik adlandırıb.

"Silahların artırılması və eskalasiya əvəzinə diplomatiya!" - o vurğulayıb.

Dağdelen Ruttenin "Bild am Sonntag" qəzetinə verdiyi müsahibədə müharibəyə hazırlaşmağın zəruriliyi ilə bağlı açıqlamalarını belə şərh edib.

Turan İSMAYIL

Избранный
9
redaktor.az

1Источники