Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında yeni təyin olunmuş daimi nümayəndəsi Tofiq Musayev etimadnaməsini BMT Baş katibi Antonio Quterreşə təqdim edib.
Görüş BMT-nin Nyu-Yorkdakı əsas qərargah binasında baş tutub.
Görüş zamanı səfir Tofiq Musayev Azərbaycana son səfərlərinə və Bakıda İqlim Sammitinin uğur qazanmasında əvəzsiz roluna görə Baş katibə təşəkkürünü bildirib. Daimi nümayəndə Azərbaycanın dünya təşkilatına davamlı dəstəyini və təşkilatın məqsəd və prinsiplərinə uzunmüddətli sadiqliyini vurğulayıb.
O həmçinin Azərbaycanın sülh və ədalətin təşviqinə, beynəlxalq hüququn möhkəmləndirilməsinə, çoxtərəflilik prinsipinin təbliğinə və dayanıqlı inkişaf gündəliyinin həyata keçirilməsinə öz töhfəsini verməyə davam etmək əzmini vurğulayıb.