“Zirə”nin legioneri Yusuf Laval mövsümü başa vurub.
Sportinfo.az xəbər verir ki, o, əzələ zədəsi alıb.
Nigeriyalı yarımmüdafiəçi komandasının Premyer Liqanın 20-ci turda “Şamaxı”ya 2:1 hesabı ilə qalib gəldikləri matçda sıradan çıxıb.
26 yaşlı afrikalı tezliklə əməliyyat olunacaq.
Yusuf Laval ötən ilin sentyabrında “Zirə”yə gəlib. Sabiq “Neftçi”li qəsəbə təmsilçisinin heyətində 6 oyunda meydana çıxıb.