Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp İrana qarşı maksimum təzyiqinbərpası haqqında fərman imzalayıb.
Trend xəbər verirki, İmzalama mərasimi zamanı Amerika lideri Vaşinqtonun bu alətdəntez-tez istifadə etməyəcəyinə ümid etdiyini bildirib: "Ümid edirikki, bundan çox tez-tez istifadə etməli olmayacağıq", – Tramp yenisənəd haqqında söyləyib.
Daha əvvəl İrana qarşı təzyiqin artırılması niyyətini ABŞ dövlətkatibi Marko Rubio "Fox News" telekanalına müsahibəsindəaçıqlamışdı.