Türkiyə millisinin və “Beşiktaş”ın əfsanəsi Sergen Yalçın dostunun keçmiş arvadı ilə obyektivlərə tuş gəlib.
Sportinfo.az xəbər verir ki, İstanbulun məşhur məkanlarından birindən çıxarkən cütlük yaxalanıb.
Kameraları görən Sergen öncə gözə görünməmək üçün məkanı gec tərk etmək istəsə də, artıq iş-işdən keçib və hər şey Türkiyə mediasına məlum olub.
Üzə çıxıb ki, onun gizli görüşdüyü sarısaçlı bu hündürboy xanım Oktay Derelioğlunun keçmiş həyat yoldaşı Sezer Çakırdır.
Oktay Derelioğlu 2004/2005-ci il mövsümündə “Xəzər Lənkəran”da çıxış edib. Hücumçu 20 oyuna 18 qol vurmağı bacarıb.