Bu gün futbol üzrə Almaniya Kubokunda 2024/2025-ci illər mövsümünün 1/4 final mərhələsinin oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Mərhələnin açılış matçında “Ştutqart” doğma meydanda “Auqsburq”la münasibətlərinə aydınlıq gətirib. Qarşılaşmanın taleyini bir qol həll edib. Meydan sahibləri qələbə qazanmaqla yarımfinala ilk vəsiqənin sahibinə çevrilblər.
Sabah növbəti yarımfinalçının adına aydınlıq gələcək. Mərhələnin qalan iki oyunu fevralın sonlarında keçiriləcək.
Almaniya Kuboku
1/4 final
4 fevral
Ştutqart – Auqsburq 1:0
Qol: Undav, 30.
5 fevral
23:45. Bayer – Köln
25 fevral
23:45. Arminiya – Verder
26 fevral
23:45. Leypsiq – Volfsburq