1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Ermənistan Aİ-nin mülki missiyasını Azərbaycanla sərhədin delimitasiya olunmuş hissələrinə yerləşdirməməyə hazırdır".
Oxu.Az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Vaşinqtonda Atlantik Şuranın müzakirələri zamanı deyib.
"Azərbaycan deyir ki, üçüncü dövlətin qoşunları Ermənistan-Azərbaycan sərhədinə olmasın və açıq şəkildə Aİ-nin mülki missiyasına eyham vurur. Biz bunu nəzərə alırıq və sərhədin delimitasiya olunmuş hissələrinə onları yerləşdirməməyi təklif edirik", - deyə Paşinyan qeyd edib.