RU

Ölkənin bu şəhərində stadionu nə vaxt təmir edəcəklər?

"Mingəçevir" I Liqada rəqiblərini köməkçi meydanda da qəbul edəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə "report"a açıqlamasında bölgə təmsilçisinin sözçüsü Elnur Qasımov məlumat verib.

Onun sözlərinə görə, Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda ilk olaraq köməkçi meydanın təmirinə başlanılıb:

"Bunu yekunlaşdırıb, Peşəkar Futbol Liqasının standartlarına uyğunlaşdırdıqdan sonra ev oyunlarımızı süni meydanımızda keçirməyi planlaşdırırıq.

Ardınca arenanın əsaslı təmirinə start veriləcək. Daha bir süni meydan da hazırlanacaq.

Müvəqqəti olaraq 2-3 matçda rəqibləri Zaqatala Olimpiya Kompleksinin stadionunda qəbul edəcəyik".

"Mingəçevir" I Liqada 12 turdan sonra 6 xalla sonuncu - onuncu pillədə qərarlaşıb.

Избранный
8
sportinfo.az

1Источники