RU

Əminə Ərdoğan Suriya Prezidentinin xanımı ilə

Türkiyənin birinci xanımı Əminə Ərdoğan bu ölkədə səfərdə olan Suriya Prezidenti Əhməl əl-Şaraanın həyat yoldaşı Lətifə əl-Durubi ilə bir araya gəlib.

Publika.az xəbər verir ki, Əminə Ərdoğan görüşlə bağlı sosial media hesabında paylaşım edib.

Bu gün ölkəmizdə rəsmi səfərdə olan Suriya Ərəb Respublikasının Prezidentinin dəyərli həyat yoldaşı Lətifə əl-Durubi xanımı qəbul etməkdən çox xoşbəxt oldum. Humanitar yardım, sosial həmrəylik, qadınların səlahiyyətlərinin artırılması və təhsilin rolu kimi bir çox mühüm məsələlərdən danışmaq imkanımız oldu. Xüsusilə, bütün dünyada müharibədən ən çox əziyyət çəkən qadınlar və uşaqlar üçün birlikdə atacağımız addımları müzakirə etdik

Mən bildirdim ki, biz Suriyanın yenidən qurulması və yaralarının sağaldılması prosesində keçmişdə olduğu kimi bu gün də Suriya xalqının yanındayıq. İnanıram ki, sülh və sabitliyin hökm sürdüyü gələcək birgə səylərin nəticəsidir və ümid edirəm ki, bu yolda atılan hər bir addım region xalqları üçün əbədi ümid olacaqdır”, - Türkiyə Prezidentinin xanımı bildirib.

Избранный
16
6
publika.az

10Источники