1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
İş adamı İlon Mask ABŞ federal agentliklərinin islahatçı rolunu üzərinə götürdüyü üçün Vaşinqton xaos içindədir.
Oxu.Az xəbər verir ki, bu barədə CNN administrasiyadakı mənbələrə və sənədlərə istinadən məlumat verib.
Qeyd olunur ki, Mask və onun nümayəndələri bir sıra federal qurumların işində köklü restrukturizasiyaya başlayıblar ki, bu da işçilər və məmurlar arasında narazılıq dalğasına səbəb olub. Mənbələrə görə, Maskın komandası məxfi sənədlərə giriş əldə edib, bəzi agentliklərin internet saytlarını sıradan çıxarıb və əsas proqramları dayandırıb.
Ən çox diqqət çəkən addımlardan biri ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətinə müdaxilə olub, ki burada işçilərə "reviziya" başa çatana qədər işə gəlməmək əmri verilib. Bir çox humanitar proqramlar USAID-dən asılı olduğundan bu, həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə narahatlıq doğurub.
Tənqidçilər Maskı federal sistemin sabitliyini pozmağa çalışmaqda ittiham edir, tərəfdarları isə bu cür tədbirlərin səmərəliliyi artırmaq və bürokratiyanı azaltmaq üçün zəruri olduğunu deyirlər.