RU

Qrenlandiya xarici və anonim donorlardan siyasi maliyyə dəstəyini qadağan edib

Bakı. Trend:

Qrenlandiya parlamenti xarici və anonim donorlardan siyasipartiyalar və siyasətçilərə maliyyə dəstəyini qadağan edən qanunlayihəsini qəbul edib.

Trend-inQrenlandiyanın KNR televiziya və radio kanalına istinadən verdiyiməlumata görə, qanun layihəsi çərşənbə axşamı hökumətin"Qrenlandiyanın siyasi müstəqilliyini qorumaq" məqsədilə təciliolaraq müzakirəyə çıxarılıb.

Səsvermə nəticəsində 22 deputat qanunun lehinə səs verib, 8nəfər bitərəf qalıb, əleyhinə səs verən olmayıb.

Qanunun şərhində qeyd olunur ki, bu qərar “Qrenlandiyanıngeosiyasi maraqları və bəzi böyük dövlət nümayəndələrininQrenlandiyaya təsir göstərmək cəhdləri” ilə bağlı narahatlıqlarfonunda qəbul edilib. Qanun, xüsusilə, Qrenlandiyanın seçkiproseslərinə və siyasi qərarların qəbuluna xarici müdaxilərisklərini azaltmağı hədəfləyir.

Yeni qanuna əsasən, partiyalara 200 000 krondan (təxminən 27 700ABŞ dolları) çox şəxsi ianə və ya bir donor tərəfindən 20 000krondan (təxminən 2 800 ABŞ dolları) artıq məbləğdə ianə qəbuletmək qadağan edilir.

Избранный
19
az.trend.az

1Источники