RU

ABŞ Qəzzanı öz nəzarətinə götürəcək

Amerika lideri Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşündə Qəzza sakinlərinin müxtəlif yerlərə köçürülməsini təklif edib.

Teleqraf.com xəbər verir ki, ABŞ-nin 47-ci prezidenti Qəzza əhalisinin İordaniya və Misirə göndərilmə ehtimalından danışıb.

Onun fərziyyələrinə görə, yeni yaşayış evlərinin tikiləcəyi bir sıra əraziləri indidən müəyyən etmək olar:
“Siz müəyyən əraziləri götürürsünüz və gözəl mənzillər tikirsiniz, çünki onların Qəzzada sağ qalacaqlarına zəmanət yoxdur".

Görüşdən sonra isə Tramp bildirib ki, ABŞ Qəzza zolağını tutmağa və anklavın təmizləmənməsi ilə məşğul olmağa hazırdır.

Ağ Evin rəhbəri qeyd edib ki, ABŞ sözügedən sahəyə sahib çıxacaq, oradakı partlamamış bütün təhlükəli bombaların və s. zərərsizləşdirilməsi və ərazinin abadlaşdırılması işləri üzrə məsuliyyəti üzərinə götürəcək.


Müəllif: Teleqraf.com
Избранный
26
6
teleqraf.com

10Источники