RU

Paşinyan Trampın Cənubi Qafqazda sülh üçün daha çox səy göstərəcəyinə ümid edir

Ermənistan hökuməti ümid edir ki, ABŞ Prezidenti Donald Tramp administrasiyası Cənubi Qafqazda sülhün əldə olunması üçün daha çox səy göstərəcək.

APA Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Vaşinqtonda Atlantik Şurada çıxışı zamanı deyib.

“Prezident Trampın seçki kampaniyasını izləyərkən sülh gündəminin onun üçün çox vacib olduğunu gördük”, - hökümət başçısı vurğulayıb.

Избранный
18
apa.az

1Источники