RU

Simona Halep peşəkar karyerasını başa vurub

Bakı. Trend:

Rumıniyalı məşhur tennisçi Simona Halep peşəkar karyerasını başavurduğunu açıqlayıb.

Trend-inməlumatına görə, bu qərarı Halep Rumıniyada, Kluj-Napokadakeçirilən turnirdən sonra elan edib.

33 yaşlı idmançı yarışın ilk mərhələsində italiyalı LyuçiBronsettiyə 0:2 (1:6, 1:6) hesabı ilə məğlub olub. Bu görüş,Halepin peşəkar karyerasının son rəsmi oyunu kimi tarixə düşüb.

Simona Halep 2022-ci ilin payızında dopinq qaydalarını pozduğunagörə uzun müddətə diskvalifikasiya olunmuşdu. Lakin ötən ilin martayında cəzası başa çatdıqdan sonra korta qayıtmaq imkanı əldəetmişdi.

Qeyd edək ki, Halep karyerası ərzində böyük uğurlara imza atıb.O, 2018-ci ildə “Rolan Qarros” və 2019-cu ildə “Uimbldon”turnirlərində “Böyük Dəbilqə” qalibi olub. Halepin uğurlu karyerasıonu müasir dövrün ən tanınmış və nüfuzlu qadın tennisçilərindənbirinə çevirib.

Избранный
24
az.trend.az

1Источники