RU

“Atletiko” 60 illik seriyanı qırdı

“Atletiko” İspaniya Kubokunun 1/4 finalında “Xetafe”ni darmadağın edərək (5:0) yarımfinala yüksəlib.

Teleqraf.com xəbər verir ki, beləliklə, Madrid klubu 1965-ci ildən bəri ilk dəfə bu turnirin əsas mərhələsində beş və daha çox qol vurmağa nail olub.

“Opta Sport” nəşrinin yazdığına görə, Dieqo Simeonenin baş məşqçisi olduğu komanda 60 il əvvəl İspaniya kubokunun yarımfinalında “Real Sosyedad”ı 8:1 hesabı ilə darmadağın edib.

Xatırladaq ki, “Xetafe” üzərində qələbə sayəsində “Atletiko” turnirin yarımfinalına yüksələn ilk komanda olub.


Müəllif: Teleqraf.com
Избранный
15
teleqraf.com

1Источники