RU

ABŞ-nin yeni baş prokuroru təsdiqlənib

ABŞ Senatı Prezident Donald Trampın ölkənin baş prokuroru və ədliyyə naziri vəzifəsinə Pamela Bondinin namizədliyini təsdiqləyib.

"Report" xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

O bu vəzifəyə səs çoxluğu ilə təsdiqlənib. 100 senatordan 54-ü lehinə səs verib.

Əvvəlcə Tramp bu vəzifəyə Florida ştatından olan konqresmen Mett Getsi nəzərdən keçirsə də, cinsi təcavüz ittihamlarına görə o, öz namizədliyini geri götürməli olub. Qeyd olunub ki, Floridanın keçmiş baş prokuroru Bondi 2019-cu ildə Trampın birinci impiçment cəhdində onun müdafiəsində mühüm rol oynayıb.

Избранный
7
2
report.az

3Источники