Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin rəhbəri Tofiq Musayev BMT-nin Uşaq Fondunun (UNICEF) Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Regina De Dominikis ilə uşaqların müdafiəsi və onların hüquqlarının təşviqi sahəsində əməkdaşlığı müzakirə edib.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın dünya təşkilatındakı Daimi Nümayəndəliyinin mətbuat xidməti bildirib.
"Daimi Nümayəndə Səfir Tofiq Musayev BMT-nin Uşaq Fondunun (UNICEF) Avropa və Mərkəzi Asiya üzrə regional direktoru xanım Regina De Dominikisi məmnuniyyətlə qəbul edib. Görüş zamanı Azərbaycan ilə UNICEF arasında uşaqların müdafiəsi və onların hüquqlarının təşviqi sahəsində qarşılıqlı faydalı əməkdaşlıq və COP29-dan sonra uşaq və gənclərin iqlim fəaliyyətinin mərkəzində qalmağa davam etməsi müzakirə olunub", – BMT-dəki diplomatik missiyanın sosial şəbəkə hesabında qeyd olunub.