RU

Pamela Bondi ABŞ-nin baş prokuroru və ədliyyə naziri vəzifəsinə təsdiqləndi

Bakı. Trend:

ABŞ Senatı Prezident Donald Trampın Pamela Bondini ölkənin başprokuroru və ədliyyə naziri vəzifəsinə namizədliyinitəsdiqləyib.

Trend-in CNN-əistinadən verdiyi məlumata görə, səsvermə nəticəsində Bondi səsçoxluğu ilə bu vəzifəyə təsdiq olunub. Belə ki, 100 senatorun 54-üonun lehinə səs verib.

Qeyd edək ki, əvvəlcə Prezident Tramp bu posta Florida ştatındanolan konqresmen Mett Getsi namizəd kimi nəzərdən keçirmişdi. LakinGets cinsi təcavüz ittihamları ilə üzləşdiyi üçün öz namizədliyinigeri götürüb. Pamela Bondi isə 2019-cu ildə Trampın birinciimpiçment cəhdində onun müdafiəsində mühüm rol oynamış Floridanınkeçmiş baş prokurorudur.

Избранный
16
az.trend.az

1Источники