RU

ABŞ Qəzza zolağında idarəçiliyi üzərinə götürmək istəyir

Vaşinqton, 5 fevral, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp ölkəsinin Qəzza zolağı üzərində idarəçiliyi üzərinə götürmək niyyətində olduğunu açıqlayıb.

AZƏRTAC-ın məlumatına görə, bu barədə o, Vaşinqtonda səfərdə olan İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

“Biz bu ərazidə idarəçiliyi üzərimizə götürəcəyik və oradakı təhlükəli partlamamış bombaların və digər silahların zərərsizləşdirilməsinə görə məsuliyyət daşıyacağıq”,- deyə Tramp bildirib.

O əlavə edib ki, ABŞ dağıdılmış binaları bərpa edəcək, ərazidəki insanlar üçün saysız iş yerləri və yaşayış məkanı yaradacaq iqtisadi inkişafı təmin edəcək.

Qeyd edək ki, bu gün Tramp fələstinliləri xoşbəxt ola biləcəkləri və güllələnməyəcəkləri evlərə köçməklə Qəzzanı tərk etməyə çağırıb.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Избранный
10
1
azertag.az

10Источники