RU

Yorulmuş şir sirk işçisinə hücum etdi

Çinin Yunçen şəhərində şir açıq havada sirk işçisinə hücum edib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Daily Mail" yazıb.

Proqrama əsasən, yırtıcı heyvan qəfəslə qorunan arenanın ətrafında qaçmalı və halqaların arasından tullanmalı idi. Şir qadın məşqçinin göstərişlərini bir neçə dairədə yerinə yetirsə də, sonra yorulub.

Bunu görəndə arenanın arxasında dayanan sirk işçisi şiri halqalara doğru itələmək qərarına gəlib. Cavabında heyvan kişiyə tərəf atılaraq, pəncələri ilə ondan yapışıb. İşçi yıxılıb, qorxuya düşən tamaşaçılar qaçmağa başlayıblar. Həmkarları zərərçəkənin köməyinə qaçıb və ovunu buraxana qədər şiri metal çubuqlarla vurublar.

Həmin şəxsin xəsarət almadığı bildirilir. Şir yalnız onun paltarını cırıb.


Müəllif: Teleqraf.com
Избранный
7
teleqraf.com

1Источники