RU

Donald Tramp ABŞ-nin Qəzza zolağı üzərində idarəçiliyi ələ alacağını açıqlayıb

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp ölkəsinin Qəzza zolağı üzərindəidarəçiliyi üzərinə götürmək niyyətində olduğunu bildirib.

Trend-inməlumatına görə, bu barədə Tramp Vaşinqtonda İsrailin Baş naziriBenyamin Netanyahu ilə görüşdən sonra keçirilən mətbuatkonfransında çıxış edib.

“Biz bu ərazidə idarəçiliyi üzərimizə götürəcəyik və oradakıtəhlükəli partlamamış bombaların və digər silahlarınzərərsizləşdirilməsinə görə məsuliyyət daşıyacağıq”, - deyə Trampvurğulayıb.

Prezident əlavə edib ki, ABŞ dağıdılmış binaların bərpasınıhəyata keçirəcək, eləcə də bölgədə saysız iş yerləri və yaşayışməkanları yaradaraq iqtisadi inkişafı təmin edəcək.

Qeyd edək ki, Tramp bu gün fələstinliləri "xoşbəxt olabiləcəkləri və güllələnməyəcəkləri evlərə köçməklə" Qəzzanı tərketməyə çağırıb.

Избранный
20
az.trend.az

1Источники