RU

Zelenski: Ukraynanın itkiləri 45,1 min nəfərdir

Bakı, 5 fevral, AZƏRTAC

Döyüşlər zamanı Ukrayna Silahlı Qüvvələri 45,1 min insan itirib, 390 minə yaxın yaralı qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski X sosial şəbəkəsində yayımlanan müsahibədə deyib.

"Dəqiq rəqəmlər bizim üçün çox vacibdir", - deyə dövlət başçısı vurğulayıb.

Ukrayna Prezidenti yaralıların sayının daha çox olduğunu qeyd edib. “Çünki yaralanan, sonra döyüş meydanına qayıdan və yenidən yaralananlar var”, - deyə Zelenski izah edib.

Избранный
4
4
azertag.az

5Источники