RU

Arvadının “Qremmi”yə çılpaq gəlməsi Kanyeyə baha başa gəldi

Dünya şöhrətli repçi və iş adamı Kanye Uest (“Ye” – yeni adı) 20 milyon dollarlıq müqaviləni itirib.

OLAY yazır ki, buna səbəb sənətçinin “Qremmi” mükafatının qırmızı xalı mərasiminə həyat yoldaşı Bianka Sensorinin çılpaq şəkildə gəlməsidir.

“Daily Mail” nəşrinin yaydığı məlumata görə Uest sevgilisini qırmızı xalçada soyunmağa məcbur etdikdən sonra 20 milyon dollar itirib. 

Bu, repçinin Tokioda iki konsert üçün müqavilə bağladığı məbləğdir, lakin indi hər ikisi ləğv edilib.

Yaponlar üçün Kanyenin və onun xanımının hərəkətlərinin əsl şok olduğu bildirilir. Hazırda ölkədə qadın hüquqları məsələsi ilə bağlı çox sayda qanun pozultuları mövcüddur və Kanyenin Biankanı hamının gözü qarşısında soyunmağa məcbur etməsi ölkənin əldə etməyə çalışdığı şeylərə ziddir. 

“Kanyenin burada etdikləri məcburiyyət və nəzarət aktı kimi qəbul edilir və bu, tamamilə qəbuledilməzdir. O, yapon auditoriyasını aşağı salmaqla böyük səhvə yol verib”, - deyə nəşrin məlumatında yazılıb. 

Избранный
18
olay.az

1Источники