RU

İsveçin baş naziri məktəbdəki atışmanı ölkə tarixindəki ən pis hadisə adlandırıb

Baş nazir Ulf Kristersson, Örebrodakı Risbergska böyüklər üçün təhsil mərkəzində atışmanın İsveç tarixindəki ən pis və ən dəhşətli hadisə olduğunu söyləyib...

Poliqon “Fria Tider” nəşrinə istinadən xəbər verir ki, Ulf Kristersson həmçinin istintaq tamamlanana qədər atəş açan şəxsin motivləri barədə spekulyasiyalardan çəkinməyə çağırıb.

“Bu, İsveç tarixindəki ən pis kütləvi atışmadır”, deyə Kristersson vurğulayıb.

Qeyd edək ki, Örebroda məktəbdə atışma bir gün əvvəl, fevralın 4-də baş verib. Hadisə nəticəsində azı on nəfər həlak olub. Ölənlərin və yaralananların dəqiq sayı dəqiqləşdirilir. Son məlumata görə, altı nəfərdən çox yaralanıb.

Expressen nəşri xəbər verir ki, ilkin məlumata görə, 35 yaşlı qatil intihar edib. Onun motivləri məlum deyil. Polisin bildirdiyinə görə, qatilin heç bir dəstə ilə əlaqəsi yoxdur və cinayət keçmişi də yoxdur. Onun təkbaşına hərəkət etdiyi güman edilir. Polis atəş açan şəxsin evində axtarış aparıb və bina tamamilə mühasirəyə alınıb.

Böyüklər üçün təhsil mərkəzinin yerləşdiyi Örebro şəhəri Stokholmdan təxminən 200 km qərbdə yerləşir. Məktəbdə 2 minə yaxın şagird təhsil alır. Atışmadan sonra məktəb binası boşaldılıb.

Poliqon.info

Избранный
3
poliqon.info

1Источники