RU

Tramp İsrail, Qəzza və Səudiyyə Ərəbistanına səfər edəcəyini vəd edib

ABŞ prezidenti Donald Tramp İsrail, Qəzza zolağı və Səudiyyə Ərəbistanına səfər etmək niyyətində olduğunu açıqlayıb...

Poliqon xəbər verir ki, Amerika prezidenti bu barədə Ağ Evdə İsrailin baş naziri Benyamin Netanyahu ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.

“Mən İsraili sevirəm. Mən bu ölkəni ziyarət edəcəm. Mən Qəzzanı da ziyarət edəcəm. O cümlədən Səudiyyə Ərəbistanına səfər edəcəm. Mən bütün Yaxın Şərqin digər yerlərini ziyarət edəcəyəm”, deyə Ağ Evin rəhbəri bildirib. Tramp səfərlərin tarixlərini dəqiqləşdirməyib.

Mətbuat konfransı zamanı Tramp həmçinin Vaşinqtonun ərazidə genişmiqyaslı minalardan təmizləmə və bərpa işləri aparmaq üçün Qəzza zolağına nəzarət yaratmaq planlarını açıqlayıb. Trampın sözlərinə görə, Birləşmiş Ştatlar Qəzzada “insanları qeyri-məhdud iş və mənzillə təmin edəcək” iqtisadi inkişaf yaratmaq niyyətindədir.

Poliqon.info

Избранный
9
32
poliqon.info

10Источники