RU

Zelenski savaşda ölmüş və yaralanmış Rusiya və Ukrayna hərbçilərinin dəqiq sayını açıqladı...

Rusiya ilə genişmiqyaslı müharibə zamanı 45 100 Ukrayna əsgəri həlak olub, 390 000 nəfər yaralanıb.

Moderator.az "TSN"-ə istinadla xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski britaniyalı jurnalist Pirs Morqana müsahibəsində deyib.

Eyni zamanda, prezidentin sözlərinə görə, yaralanan Ukrayna əsgərlərinin real sayı daha azdır, çünki statistikaya yaralanan, lakin sonradan döyüş meydanına qayıdan və yenidən yaralananlar da daxil edilib.
"45,100 nəfər həlak olub. Və bizdə 390 minə yaxın xəsarət hadisəsi var...”, - Prezident belə deyib.

Zelenski itkin düşən və əsir götürülən ukraynalıların sayını da qeyd edib.

"Minlərlə insan itkin düşüb. Həqiqətən də minlərlə. Onlardan neçəsinin həqiqətən itkin düşdüyünü və neçəsi girov saxlanıdlığını mən bu gün bilmirəm", - o, əlavə edib.

Lakin hazırda hərbi əsirlərin dəqiq sayının müəyyənləşdirilməsi istiqamətində iş aparılır.

Prezident həmçinin qeyd edib ki, ruslar öz yaralılarını döyüş meydanından götürmədiklərindən onların yaralıları daha çoxdur.

"Rusiya Ukraynaya qarşı müharibədə 350 minə yaxın əsgərini itirib, daha 50-70 min işğalçı isə itkin düşmüş hesab olunur.
Onların təxminən 600-700 min yaralısı var. Bu nisbət təqribən birə ikidir. Çünki rusların səhra səhiyyəsi bizimkindən zəifdir", - Prezident deyib.

Onun sözlərinə görə, ruslar yaralılarını döyüş meydanından uzaqlaşdırmırlar.

"İnsan döyüş meydanında yaralanıbsa, orada qalır. Hesablamaların nəticələri təxminən belədir. Amma onlar reallığa çox aydın şəkildə uyğundur", - Zelenski diqqətə çatdırıb.

Избранный
12
moderator.az

1Источники