RU

"Mirka Trade" şirkətində mayanın bir hissəsi geri götürülüb

"Mirka Trade" MMC-nin nizamnamə kapitalı 20 min manat azaldılıb.

Şirkətin bildirişində qeyd edilib ki, "Mirka Trade" Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalının 50 000 AZN məbləğindən 30 000 AZN məbləğinə azaldığını elan edir.

"Bu dəyişikliklə bağlı etirazı və ya tələbi olan kreditorlar 30 gün ərzində cəmiyyətə yazılı şəkildə müraciət edə bilərlər. Nizamnamə kapitalının azaldılması ilə bağlı dəyişikliklər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dövlət qeydiyyatına alınacaq",- Bildirişdə deyilir.

"Mirka Trade" MMC 07 noyabr 2024-cü il tarixində yaradılıb və qanuni təmsilçisi Vəliyev Anar Vaqif oğludur.

Vəliyev Anar Mirka Trade maya
Избранный
8
1
marja.az

2Источники