İndoneziya sahillərində 5,5 bal gücündə zəlzələ baş verib.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Zəlzələnin episentri Maluku adalarının Ternate şəhərindən 96 kilometr şimal-qərbdə yerləşib. Yeraltı təkanlar 99 kilometr dərinlikdə baş verib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Səlahiyyətlilər sunami ilə bağlı xəbərdarlıq etməyiblər.