İspaniyada həftəlik iş saatı 40-dan 37,5 saata endirilib.
Redaktor.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilib ki, qərar işəgötürənlərin müqavimətinə baxmayaraq, Nazirlər Kabinetinin fevralın 4-də keçirilən iclasında qəbul edilib.
Son Yazılar:
Qərarın gündə yarım saat az işləyəcək ispanların maaşlarına heç bir təsirinin olmayacağı bildirilib.
İspaniya Baş nazirinin müavini Yolanda Dias bu qərarın İspaniyanın modernləşməsinə töhfə verəcəyini deyib.