RU

Ağstafada üç nəfər dəm qazından zəhərlənib

Ağstafa, 5 fevral, Ruslan Novruzoğlu, AZƏRTAC

Ağstafada zəhərlənmə faktı qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, hadisə Ağstafa şəhərinin Hüseyn Arif küçəsində baş verib. Belə ki, 3 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir.

Məlumata görə, hər üç şəxs yaşadığı evdə dəm qazından zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.

Избранный
39
8
azertag.az

8Источники