RU

“Bu məmləkətdə Əlisa Nicatı söyməkdən asan nə var ki?..”

“Stalin də, Bağırov da, Səməd Vurğun da, Mikayıl Müşfiq də, Süleyman Rüstəm də qaldı keçmişdə, tarixə döndü... Bugünkü çağdaş Azərbaycanda bugünkü və gələcək övladlarımıza, gənclərimizə də yaltaqlığı, simasızlığı aşılayan, “ziyalı”, “alim”, “şair”, “yazıçı” cildinə girib cəmiyyətə minlərlə yalan sırıyan, milli inkişafımızı, tərəqqimizi əngəlləyən baş simasızları ifşa etdikmi?..”
 
-FİKİR SAVAŞI...-
 
Görkəmli filosofumuz Əlisa Nicatın Səməd Vurğunla bağlı söylədiyi fikirlərin müzakirəsindən sonra artıq müasir dövrün ən kiçik yaltaq və dələduz "alim"lərindən, “ziyalı”larından, tarixçilərindən, şair və yazıçılarından tutmuş super yaltaq yazıçılarınadək - hamı bu filosofla bağlı ağzına gələni dedi... Söhbət Əlisa Nicatın haqlı olub-olmamasından, Səməd Vurğunun sovet hakimiyyətinə yaltaqlıq edib-etməməsindən getmir... Amma sizcə, bu, doğru yoldurmu? Hər kəs həvəslə öz tarixi, ədəbi biliklərini reklam elədi... İndi bu mövzuda müzakirələrdə iştirak edənlərdən xahiş edirəm: bir dönün geri baxın: Haqqa gəlib çatdıqmı? Ölkədəki yaltaqlığın kökünü qazıdıqmı?.. 
 
Stalin də, Bağırov da, Səməd Vurğun da, Mikayıl Müşfiq də, Süleyman Rüstəm də qaldı keçmişdə, tarixə döndü... Bugünkü çağdaş Azərbaycanda bugünkü və gələcək övladlarımıza, gənclərimizə də yaltaqlığı, simasızlığı aşılayan, “ziyalı”, “alim”, “şair”, “yazıçı” cildinə girib cəmiyyətə minlərlə yalan sırıyan, milli inkişafımızı, tərəqqimizi əngəlləyən baş simasızları, yaltaqları ifşa etdikmi? Bu yaltaqlığı, ikiüzlülüyü, simasızlığı ifşa edib aradan qaldırdıqmı? Yoxsa əksinə, yaltaqlara, məddahlara özlərini bir daha xalqa "haqqsevər", "ziyalı" kimi sırımaları üçün meydan verdik?.. 
 
Mikayıl Müşfiqlərin məhvinə,  Süleyman Rüstəmlərin “parlaması”na, Səməd Vurğunların üzərinə şübhə toxumları səpilməsinə səbəb olmuş həmin “37” repressiyalarını törətmiş, yaltaqlığın, məddahlığın inkişafına təkan vermiş Rusiya  o dövrə, Qara Yanvara, Xocalıya, Qarabağın işğalına, Qərbi Azərbaycandan soydaşlarımızın deportasiyasına, “KQB”-FSB”-“PKK” agenturasının törətdiyi Tərtər qətliamına və s. görə Azərbaycan xalqından üzr istəməli, kompensasiya ödəməlidir. Amma heç dünən-sırağagün qəzaya uğramış təyyarəmizi öz səmasında vurduğunu etiraf etmək istəmir, bu cinayəti də malalamağa çalışır... Bundan başqa bu günümüzün yüzlərlə malalanmış cinayəti var... Bunlardan danışa bilmiriksə, Əlisa Nicatı söyməkdən asan nə var bu məmləkətdə?..
 
Sultan Laçın
 
Избранный
11
moderator.az

1Источники