RU

SOCAR təhlükəli işlərin görülməsini məhdudlaşdırdı

SOCAR ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar görülən işlərə dair məlumat yayıb.

Məlumatda bildirilir ki, ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi, küləkli, qeyri-sabit keçməsi ilə əlaqədar SOCAR-ın “Azneft” İB-nin istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib. Təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər görülüb. Bununla yanaşı, bütün sahələrdə maarifləndirmə işləri aparılır, dənizdə yerləşən bir sıra istehsalat sahələrindən təxliyyələr olunub, mövcud vəziyyət nəzarətdə saxlanılır.

Избранный
4
23
marja.az

10Источники