RU

“Meydan TV işi”: Daha bir nəfər həbs olundu

“Arqument.az” saytının rəhbəri Şəmşad Ağa “Meydan TV işi” üzrə şübhəli şəxs qismində saxlanılıb.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, jurnalist qaçaqmalçılıqda ittiham olunur.

Bir müddət əvvəl Daxili İşlər Nazirliyi tərəfindən "Meydan TV" əməkdaşları – Ramin Cəbrayılzadə (Ramin Deko), Aynur Qəmbərova (Elgünəş), Aytac Əhmədova (Tapdıq), Aysel Umudova, Xəyalə Ağayeva, Natiq Cavadlı və Ülvi Tahirov saxlanılıb.

Onlar barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib.

Daha sonra Xətai rayon Məhkəməsi tərəfindən hər biri barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.


Telegram kanalımız
Избранный
7
4
yenisabah.az

10Источники