09:33 05.02.2025
09:33 05.02.2025
İndoneziya sahilində 6.2 maqnitudalı zəlzələ qeydə alınıb.
Mynews.az xəbər verir ki, bu barədə Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri əhalisi 101 min nəfər olan Ternate şəhərindən 97 km şimal-qərbdə yerləşib.
Təbiət hadisəsinin ocağı 99 dərinlikdə olub.
Tələfat və dağıntı barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.