RU

Ötən ay zəhərlənmə ilə bağlı KTM-ə müraciət edən 3 nəfər ölüb

Ölüm halları sirkə turşusu, allergik reaksiya zəhərlənmələrindən qeydə alınıb.

Yanvar ayı ərzində KTM-in Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 102 nəfər qəbul edilib

Şöbəyə qəbul edilən xəstələrdən 48 nəfər dərmandan, 19 nəfər sirkə turşusundan, 5 nəfər botulizmdən, 3-ü spirtli içkidən, 1-i qidadan zəhərlənən şəxslərdir.

Həmçinin 8 nəfər dəm qazından, 6 nəfər fosfor üzvi birləşmələrdən, 5 nəfər allergik reaksiyadan, 2 nəfər yandırıcı məhluldan zəhərlənmə, 5 nəfər anaflaksiya səbəbi ilə  şöbəyə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 3-ü (kişi cinsli) dünyasını dəyişib.

Ölüm halları sirkə turşusu, allergik reaksiya zəhərlənmələrindən qeydə alınıb.

Избранный
15
32
operativmedia.az

10Источники