RU

Sülh olmadan müstəqillik mümkün deyil – Ermənistan baş naziri

Sülh olmadan müstəqillik mümkün deyil.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-də səfərdə olan Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Ermənistan hökuməti balanslaşdırılmış və şaxələndirilmiş xarici siyasət kursunu qəbul edib. Bu siyasətin əsasını Ermənistan Respublikasının müstəqillik və suverenlik səviyyəsini yüksəltmək təşkil edir.

Müstəqilliyin səviyyəsinin artırılmasının düsturunun nədən ibarət olduğunu düşünəndə belə qənaətə gəldik ki, bu, azlıqdan asılılığı çoxluqdan asılılıqla əvəz etmək deməkdir. İndi bu çərçivədə işləyirik. Əlbəttə, biz ilk növbədə regional münasibətlərimizə diqqət yetiririk, çünki bizim nə qədər müstəqil və təhlükəsiz olacağımız, təhlükəsizlik sistemimizin nə qədər etibarlı olacağı bölgədə hansı münasibətlərə malik olacağımızdan asılıdır”, - baş nazir vurğulayıb.

Paşinyan əlavə edib ki, sülh olmadan müstəqilliyə, firavanlığa və təhlükəsizliyə sahib olmaq mümkün deyil: “Bu, çox aktual və vacib məsələdir. Təhlükəsizlik və rifahın yeganə etibarlı vasitəsi sülhdür”.


Müəllif: Mənsur Rəğbətoğlu
Избранный
17
teleqraf.com

1Источники