RU

Bakıda ağır qəza – 3 nəfər öldü, sürücü qaçdı

Bakıda ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə gecə saat 00 radələrində Xəzər rayonu Qala-Zirə yolunda qeydə alınıb.

Belə ki, Samir Paşayevin idarə etdiyi “Saipa” markalı avtomobillə 2003-cü il təvəllüdlü Nazim Musayevin idarə etdiyi “Toyota Prius” markalı avtomobil toqquşub.Nəticədə “Saipa” markalı avtomobildə olan sərnişinlər – Polad Salmanov, Rövşən Hüseynov və  “Toyota Prius”un sərnişini Nizami Soltanov hadisə yerində ölüb.

“Toyota Prius”un sürücüsü isə hadisə yerindən qaçıb.

Faktla bağlı cinayət işi başlanılıb.

 

 

Избранный
4
25
tribunainfo.az

10Источники