RU

Zəngilanın Cahangirbəyli kəndində yenidənqurma işlərinə 1 milyon manat ayrıldı

"Cəbrayıl, Qubadlı Və Zəngilan Rayonlarında Bərpa, Tikinti Və İdarəetmə Xidməti” Publik Hüquqi Şəxsi ilə "Az Technocon Group" MMC arasında müqavilə bağlanıb.

Valyuta.az xəbər verir ki, müqavilə Zəngilan rayonu, Cahangirbəyli kənd yaşayış məntəqəsinin yenidənqurulması layihəsi çərçivəsində daxili kommunikasiya (köməkçi obyektlərin tikintisi) işlərinin satın alınması ilə bağlıdır.

Görüləcək işin ümumi maliyyə dəyəri 1 milyon 977 min 359 manatdır.

Qeyd edək ki, MMC- nin qanuni təmsilçisi Acalov Elşad Ağakişi oğludur. Şirkət 2020- ci ildə dövlət qeydiyyatına alınıb.

Maya Hüseynova

Избранный
14
valyuta.az

1Источники