RU

JURNALİST ŞƏMŞAD AĞA SAXLANILIB VƏ...

Ötən gecə jurnalist Şəmşad Ağa polis tərəfindən saxlanılıb...

Tezadlar.az xatırladır ki, bu barədə jurnalistin qardaşı Şahid Ağayev "Amerikanın Səsi"nə bildirib. Sitat: “Gecə saat 02:00 radələrində müstəntiq və 7-8 maskalı polis əməkdaşı qapımızı döydü. Qapını açanda Şəmşadı gördüm. Polislər evimizə girdilər, hər yeri axtardılar. Şəmşadın köhnə telefonunu, mənim telefonumu, yaddaş kartlarını, bir neçə köhnə diski, komputeri, modemi, Şəmşada aid olan jurnalist vəsiqələrini götürdülər. Daha sonra protokol tərtib etdilər. Şəmşad yalnız dedi ki, onu tutublar. Hansı işlə bağlı tutduqları barədə bir söz demədi”.

Qeyd edək ki, 2024-cü ilin iyulun 5-də arqument.az xəbər saytının rəhbəri Şəmşad Ağa Bakı Şəhər Baş Polis İdarəsində “Toplum TV işi” üzrə şahid qismində dindirilib. İstintaq orqanı şifahi şəkildə onun ölkədən çıxışına qadağa qoyulduğunu bildirib.

Избранный
3
1
tezadlar.az

2Источники