1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Yanvar ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 102 nəfər qəbul edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəz məlumat yayıb.
Bildirilib ki, həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 3-ü dünyasını dəyişib:
"Şöbəyə qəbul edilən xəstələrdən 48 nəfər dərmandan, 19 nəfər sirkə turşusundan, beş nəfər botulizmdən, üçü spirtli içkidən, biri qidadan zəhərlənən şəxslərdir. Həmçinin səkkiz nəfər dəm qazından, altı nəfər fosfor üzvi birləşmələrdən, beş nəfər allergik reaksiyadan, iki nəfər yandırıcı məhluldan zəhərlənmə, beş nəfər anaflaksiya səbəbi ilə şöbəyə yerləşdirilib".
Mərkəzdən verilən məlumata görə, ölüm halları sirkə turşusu və allergik reaksiyadan qeydə alınıb.