RU

Bəhram Çələbi kimdir?

Bəhram Çələbi kimdir?

Xəbər verdiyimiz kimi, yazıçı Bəhram Çələbi vəfat edib. 

Qlobal.net onun haqda məlumatları təqdim edir:

Bəhram Çələbi 26 oktyabr 1946-cı ildə Şəki şəhərində anadan olub. Azərbaycan Neft Akademiyasının Energetika fakültəsini qurtarıb. 1980-ci ildən 1996-cı ilə qədər Şəki Şahmat Məktəbinin direktoru işləyib.

1996-cı ildə Bakıda "Kaspian Oyl" informasiya agentliyində işə başlamış, daha sonralar "Avtoritet", "Kriminal", "İnterpolis" qəzetlərində kriminal mövzuda məqalələr yazmışdır. "Oğru dunyası" mövzusunda kitabları 2003-cü ildən başlayaraq nəşr olunub. İlk kitabı "Diktator Ağakərim"dir. Həmin roman rus dilinə tərcümə olunaraq ("Boq Urala") oxuculara təqdim edilib.

Daha sonra "Zolotoy mujik", "Lotu Bəxtiyar" 1, 2 və 3 kitablar, "Dağlı Cavanşir", "Lotular, cayıllar və …", Sabirabadlı Hikmət", "TT Nəriman", "Zina Passajskaya" "Rusiya mafiyasının liderləri" romanları işıq üzü görüb. "Sabirabadlı Hikmət" romanı Moskvada 20 min, Azərbaycanda isə 12 min nüsxə satılmışdır.

Yazıçının "Lotu Söhbət", "Karzubı Vaqif", "Novxanılı Əliqardaş", "Krasavçik Ağakərimin məhbəs xatirələri", "Doktor Ağoppa", "dağlı Musa", "Dağlı Muğbil", "Olim Kirovabadskiy", "Zver Ələkbər", "Malışka Səfurə", Çolaq Böyükağa", "Qızıldiş Mamedin məhbəs gündəliyi" və sair romanları çapa hazır olsa da, maliyyə çatışmazlığı səbəbdən əlyazma halında qalmaqdadır.

Fidan
Qlobal.net
Избранный
11
qlobal.net

1Источники