“Bu gün döyüş meydanında istifadə olunan silah və texnikanın 40%-i Ukrayna istehsalıdır”.
Missiya.Az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalist “Piers Morqan”a müsahibəsi zamanı məlumat verib.
Onun sözlərinə görə, ABŞ-nin Ukraynanın müdafiə qabiliyyətinə töhfəsi 30%-ə çatır.
Zelenski qeyd edib ki, bu gün tərəfdaşların köməyi çox vacibdir.
“ABŞ-nin köməyi olmadan biz ərazilərimizi itirə bilərik. Amerika Birləşmiş Ştatlarının Ukraynanın müdafiə qabiliyyətinə və təhlükəsizliyinə töhfəsi bu gün 30%-ə çatır, təsəvvür etmək olar ki, bu 30% olmasaydı başımıza nələr gələrdi", - deyə siyasətçi əlavə edib.
Daşqın HəsənovMissiya.Az