RU

Naxçıvandakı bu tenderlər də ləğv olundu

Naxçıvan Şəhər Təhsil Şöbəsinin çap və yazı kağızı, yumşaq inventarların alınması ilə bağlı kotirovka sorğuları ləğv olunub.

 

Pravda.az-ın xəbərinə görə, qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qəbul edib.

 

Bildirilib ki, satınalmalarda iştirak etmək üçün təklifləri və təkliflərin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır.

 

Nəzərdə tutulan vəsait 77 850 AZN olub.

 

Cabir Həsənov

Tarix: 5 Fevral 2025, 10:30   
Избранный
15
pravda.az

2Источники