Buraxılma ilə əlaqədar qeydlər saxlanmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”də əksini tapıb.
Buraxılma ilə əlaqədar qeydlər saxlanmalı və ən azı aşağıdakı məlumatları özündə əks etdirməlidir:
– buraxılma tarixi;
– müştərinin adı və ünvanı;
– məhsulun təsviri (məs. adı, dərman forması, dozası, seriya nömrəsi, sayı və s.);
– daşınma və saxlanma şəraitləri.