Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavinləri təyin olunub.
Bu barədə Publika.az-a Agentlikdən məlumat verilib.
Bildirilib ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Vəfa Yaqublu və Arslan Hacıyev bu vəzifələrə təyin olunublar.
Vəfa Yaqublu müxtəlif dövrlərdə ali təhsil müəssisələrində müəllim, baş müəllim, Təhsil Nazirliyində baş məsləhətçi, şöbə müdiri vəzifələrində çalışıb.
O, 2022-2024-cü illərdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə, Məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsinin müdiri vəzifələrində çalışıb.
Qeyd edək ki, Vəfa Yaqublu Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda Rus dili və ədəbiyyat müəllimliyi üzrə təhsil alıb.
Arslan Hacıyev isə 2012-2022-ci bir sıra dövlət qurumlarında müxtəlif rəhbər vəzifələrdə fəaliyyət göstərib.