“Bayern” müdafiəçisi Alfonso Deyvislə müqavilə müddətini artırıb.
Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı oyunçunun yeni sözləşməsi 2030-cu ilə qədər nəzərdə tutulub.
Deyvis 2019-cu ilin əvvəlindən “Bayern”də oynayır. O vaxtdan bəri kanadalı 220 rəsmi oyun keçirib, 12 qol vurub və 34 məhsuldar ötürmə edib.
Tərəflər arasındakı əvvəlki müqavilə bu mövsümün sonunadək idi.