RU

Zəngilanın Cahangirbəyli kəndinin yenidənqurulması üçün 2 milyonluq müqavilə

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti və “Az Technocon Group” MMC arasında Zəngilan rayonunun Cahangirbəyli kənd yaşayış məntəqəsinin yenidənqurulması layihəsi çərçivəsində təxminən 2 milyon manatlıq müqavilə imzalanıb.

Teleqraf.com dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, müqavilənin ehtimal olunan qiyməti 2 milyon 481 min 29 manat olsa da, tərəflər 1 milyon 977 min 359,74 manata razılaşıblar.

Tender Zəngilanın Cahangirbəyli kəndində daxili kommunikasiya (köməkçi obyektlərin tikintisi) işlərinin satın alınmasını əhatə edir.

Qeyd edək ki, "Az Technocon Group" MMC 2020-ci ildə yaradılıb və əsasən tikinti və təchizat sahəsində fəaliyyət göstərir.

Xatırladaq ki, bundan əvvəl Xidmət “Protean Construction” ASC ilə kənd yaşayış məntəqəsində daxili kommunikasiya (yol, səki və yaşıllaşdırma) işləri ilə bağlı 18 milyon 730 min 865,63 manatlıq müqavilə bağlamışdı.


Müəllif: Mirvari Əzizova
Избранный
11
teleqraf.com

1Источники