RU

Almaniyada gizli təyyarə anqarı tapıldı

Almaniyanın mərkəzində, Türingiyada tarixçi Mirko Kün İkinci Dünya Müharibəsi zamanı nasistlərin istifadə etdiyi gizli yeraltı təyyarə anqarını kəşf edib.

Teleqraf xəbər verir ki, bu barədə "Bild" məlumat verir.

Tarixçi deyib: “Burada, hava limanında nasistlər təyyarələr üçün yeraltı zal tikiblər. Anqarın kod adı Alpendole idi. Mənim versiyamı təsdiqləyən şahidlər, aerofotoşəkillər və ölçmələr var”.

O, etiraf edib ki, məxfi strukturun miqyası insanı ağlasığmazdır. Uzunluğu 200 m olan anqarın eni 25 m, hündürlüyü isə ən azı 5 m olmalı idi. Bu ölçülərlə anqar təxminən on təyyarəni bombardmandan qoruya bilərdi.


Müəllif: Teleqraf.com
Избранный
10
teleqraf.com

1Источники