Olaylar.az xəbər verir ki, əş-Şəra və Ərdoğan görüş zamanı mərkəzi Suriyada Türkiyə aviabazalarının yaradılmasını və yeni Suriya ordusunun hazırlanmasını əhatə edəcək birgə müdafiə paktını müzakirə ediblər. Mənbələrin sözlərinə görə, Türkiyə Suriya hava məkanından hərbi məqsədlər üçün istifadə edə biləcək.
Suriya təhlükəsizlik xidmətinin nümayəndəsi anonim şərtlərlə bildirib ki, müzakirə olunan bazalar Türkiyəyə gələcəkdə hər hansı hücum olacağı təqdirdə Suriyanın hava məkanını qorumağa imkan verəcək. Regional kəşfiyyat nümayəndəsi aviabazaların yaradılması üçün mümkün yerlər kimi Palmira hərbi aeroportu və hər ikisi Homs əyalətində yerləşən Suriya ordusunun T4 bazasını göstərib. (report)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31