RU

NBA: Los-Anceles derbisini “Leykers” qazanıb

Bakı, 5 fevral, AZƏRTAC

ABŞ-ın Milli Basketbol Assosiasiyasında (NBA) növbəti oyunlar keçirilib.

AZƏRTAC xəbər verir ki, müntəzəm mövsümdə daha yeddi qarşılaşma təşkil olunub.

Qərb Konfransının mərkəzi görüşü Los-Anceles təmsilçiləri arasında oynanılıb. “Los-Anceles Klippers” doğma meydanda “Los-Anceles Leykers”ə 97:122 hesabı ilə uduzub. Bu nəticədən sonra ev sahibləri turnir cədvəlində altıncı, qonaqlar isə beşinci pillədə qərarlaşıb.

Matçların nəticələri

“Filadelfiya” - “Dallas Maveriks” – 118:116

“Klivlend Kavalyers” - “Boston Seltiks” – 105:112

"Çikaqo Bullz" – "Mayami Hit" – 133:124

“Los-Anceles Klippers” - “Los-Anceles Leykers” – 97:122

“Toronto Raptors” - "Nyu-York Nik" – 115:121

“Bruklin Nets” - “Hyuston Rokets” – 99:97

“Portland Treil Blazers” - "İndiana Peysers" – 112:89

Избранный
3
1
azertag.az

2Источники